Müştərilərimiz arasında tikinti, telekommunikasiya, gəmiçilik, neft və qaz sahələrinə investisiya yatıran müxtəlif xarici şirkətlər vardır.
Bunu demək kifayətdir ki, Azərbaycanda mobil operator “Bakcell”, ”Nar Mobile” əmtəə nişanı ilə fəaliyyət göstərən “Azerfon” MMC, “Nobel Oil”, “Azəri Drillinq” MMC, “Aqua Vita” əmtəə nişanı ilə fəaliyyət göstərən “TAC” şirkəti, “XEROX”un Azərbaycanda rəsmi distributoru “Xerotek” MMC, “Carlo Pazolini” QSC, “CBS-Consulting International LTD”-nin Azərbaycandakı nümayəndəliyi bizim daimi müştərilərimizdir.
Biz həmçinin, Niderlandda yerləşən “Tetra Laval” şirkətinə borcların yığılmasında hüquqi yardım göstərmişik. Türk şirkəti “Bay Holding”in də hüquq və maraqları Büromuz tərəfimizdən müdafiə olunur.
Bununla yanaşı, Büromuzun vəkilləri az təminatlı ailələrə, öz yurd yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinə pulsuz hüquqi yardım göstərir, onların hüquq və maraqlarını müdafiə edir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillər və hüquqşünaslarımız ticarət, Korporativ və yerli təcrübəyə əsaslanan təcrübəli vəkillər olmaqla yanaşı dünya miqyaslı Hüquq Təşkilatları şəbəkəsinin: “Amerika Vəkillər Assosiasiyasının”, “Beynəlxalq Vəkillər Assosiasiyasının”, “Dünya Vəkillər Assosiasiyasının”, “Beynəlxalq Gənc Vəkillər Assosiasiyasının”, “Avropa Vəkillər Birliyinin”, “Avropa Vəkillər Assosiasiyasının”, “Beynəlxalq Ticarət Hüquqi Konsorsiumu və Consulting”inin, “MSİ”, “Dünya Hüquq Birliyinin”, “Appleton Hüquq Birliyinin”, “Beynəlxalq Bələdiyyə Vəkilləri Assosiasiyasının”, “Beynəlxalq Demokratik Hüquqşünaslar Assosiasiyasının” üzvüdürlər. Şirkətimiz bu beynəlxalq hüquq qurumları ilə sıx əməkdaşlıq edir, beynəlxalq təcrübəyə yiyələnir və əməkdaşlar arasında təcrübə mübadiləsi aparır.
“Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosu beynəlxalq ticarət sazişlərinin bütün sahələri və beynəlxalq ticarət müqavilələri də daxil olmaqla birləşmiş müəssisələr, bank və maliyyə, tikinti, mülki, sənaye mühəndisliyi layihələri, enerji, təbii sərvətlər, informasiya texnologiyası, telekommunikasiya, yerli və beynəlxalq hüquq ticarət qanunlarının pozulması və digər sahələrdə hüquqi yardım göstərməkdə öz fəaliyyət dairəsini genişləndirir.