BİZİ FACEBOOKDA İZLƏYİN

Müştərilərimiz

Bununla yanaşı büro öz müştərilərinə inzibati, ticarət və biznes sahələrində də hüquqi yardım göstərir. Müştərilərimiz arasında tikinti, telekommunikasiya, gəmiçilik, neft və qaz sahələrinə investisiya yatıran müxtəlif xarici şirkətlər vardır. Bunu demək kifayətdir ki, Azərbaycanda mobil operator “Bakcell”, ”Nar Mobile” əmtəə nişanı i lə fəaliyyət göstərən “Azerfon” MMC, “Nobel Oil”, “Azəri Drillinq” MMC, “SİNAM” MMC, “Aqua Vita” ə mtəə nişanı ilə fəaliyyət göstərən “TAC” şirkəti, “XEROX”un Azərbaycanda rəsmi distributoru “Xerotek” MMC bizim daimi müştərilərimizdir. Biz həmçinin, Niderlandda yerləşən “Tetra Laval” şirkətinə borcların yığılmasında hüquqi ya rdım göstərmişik. Türk şirkəti “Bay Holding”in də hüquq və maraqları Büromuz tərəfimizdən müdafiə olunur.

“SİNAM” MMC



Kermur özünü etibarlı və yüksək keyfiyyətli hüquqi yardımlar göstərən büro kimi tanıtmışdır. Heyranedici fakt budur ki, Kermur məsələlərin həllinə peşəkar şəkildə, İT biznesin incəliklərini başa düşməklə və Azərbaycan Respublikasının qanunlarını yaxşı bilməklə yanaşır. Bu isə büroya ən qısa müddətdə mümkün məsələlər üzrə yeganə düzgün qərar çıxarmağa imkan verir. Kermurun əməkdaşları öz işlərinin mahir bilicisidirlər və bu özünü daha çox qeyri standart vəziyyətlərdə göstərir. Büronun əsas xüsusiyyəti qeyri standart vəziyyətlərdə yeganə düzgün həllin tapılmasıdır ki, bu da sizə vaxta və vəsaitlərə qənaət etməyə imkan verir.

“SİNAM” MMC Prezidenti E.R.Aliyev

“BAKCELL” MMC



Bakcell LTD 2005-ci ilin sonundan bəri Kermurun hüquqi və məsləhət xidmətlərindən istifadə edir və iş fəaliyyəti və peşəkarlığından çox razıdır. Biznesimiz inkişaf etdikcə biz Kermurdan istifadə etməyə davam edəcəyik.

Hörmətlə Rene H. Bienz Mailyə şöbəsinin müdiri

NOBEL OIL



Mən 15 ildir Azərbaycanda yaşayır və işləyirəm. Bu müddət ərzində mən səciyyəvi olaraq beynəlxalq standartlara xidmət göstərə bilən yerli şirkətlər üçün qiymətləndirmə həyata keçirmişəm. Bu səbəbdən mən xüsusi olaraq Kermur İxtisaslaşdırılmış Vəkil Bürosunun xidmət və dəstəklərini qiymətləndirirəm. Mən beş ildir ki, Fuad Kərimovu tanıyıram və onunla işləyirəm və onu Azərbaycanda ən yaxşı hüquqşünaslardan biri və yüksək səviyyəli və səlahiyyətli peşəkar kimi tanıyıram. Hal hazırda Azeri Drilling Şirkətinin Direktorlar Şurasında və Nobel Oil Ltd-nin Müşahidə Şurasının üzvü olaraq onunla birgə işəyirik. (Azərbaycan). Beləliklə mən inamla onun xidmətlərini tövsiyyə edə bilərəm.

Veyn A. Valz Baş Menecer Nobel Oil LTD (Azərbaycan)